AZ

ABŞ Yaxın Şərqdəki gərginlik fonunda İranın “qırmızı xətt” olaraq gördüyü məsələni açıqlayıb

İran rəsmiləri İsrailin İranın neft və qaz obyektlərinə mümkün hücumlarının Tehran üçün “qırmızı xətt” olacağını açıqlayıblar.

Editor.az bu barədə “The Washington Post”a istinadən yazır. “Tehran çoxdan neft və qaz sənayesinə hücumların qırmızı xətt olacağını açıq şəkildə bəyan edib”, – nəşr yazır. Qəzet əlavə edib ki, İsrail rəsmiləri amerikalı həmkarlarına İrana qarşı təcili və ya genişmiqyaslı qisas almağa ehtiyac hiss etmədiklərini deyiblər.

Eyni zamanda, ABŞ və Avropa hələ də İsrailin İrandakı iqtisadi hədəfləri vura biləcəyindən ehtiyat edirlər. Bu, İran üçün yuxarıda qeyd olunan “qırmızı xətt” ola bilər.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
18
editor.az

1Mənbələr