AZ

Talassemiya Mərkəzində həm böyüklər, həm də pediatrik xəstələr üçün stasionar şöbə yaradılıb

Talassemiya

Bakı, 3 oktyabr, Günel Türksoy, AZƏRTAC

“Səhiyyə Nazirliyinin böyük dəstəyi ilə hazırda Talassemiya Mərkəzində təmir-tikinti işləri aparılır. Artıq təmir işləri bitmək üzrədir. Bu aydan etibarən Transplantasiya Mərkəzi yeni təmirdən çıxmış vəziyyətdə fəaliyyət göstərəcək”.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova bildirib.

S.İsmayılova təmirdən sonra Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına aid palataların sayının 5-dən 6-ya qədər artırıldığını qeyd edib.

“Təmirdən sonra həm böyüklər, həm də pediatrik xəstələr üçün stasionar şöbə yaradılıb, intensiv terapiya və reanimasiya şöbəsinin açılışı planlaşdırılır”, - deyə direktor müavini vurğulayıb.

Seçilən
16
2
azertag.az

3Mənbələr