AZ

Bərdədə ər arvadını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib

Bərdədə bıçaqlanma olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb.
Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib.
Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
11
apa.az

10Mənbələr