AZ

İsrail səfirliyi yaxınlığında iki partlayış baş verdi

Dünən gecə yarısı Danimarkanın paytaxtı Kopenhagenin Hellerup bölgəsində İsrail səfirliyi yaxınlığında iki partlayış baş verərkən, 3 İsveç vətəndaşı hadisə ilə əlaqəli olduqları səbəbiylə nəzarətə alındı.

Turkustan.az xəbər verir ki, Kopenhagen polisi hadisədə xəsarət alan olmadığını bildirərkən, həbs edilən 3 nəfərin 15-20 yaş arasında olduğu vurğulanıb. Partlayışlara iki əl qumbarasının səbəb olduğu qeyd edilir. Danimarka Kəşfiyyat Xidməti də partlayışlarla bağlı vəziyyəti yaxından izlədiklərini və İsrail səfirliyi ilə dialoq apardıqlarını açıqlayıb. Partlayışların baş verdiyi ərazidə Türkiyə və İran səfirlikləri də var.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr