AZ

Keçmiş baş nazir: İranın nüvə obyektlərinə hücum edin!

Keçmiş

İsrailin keçmiş baş naziri Naftali Bennet deyib ki, İsrail Müdafiə Qüvvələri İranınnüvə obyektlərinə, neft sənayesinə və ölkənin rəhbərliyinə zərbə endirməlidir. O, bu çağırışı “The Wall Street Journal”amüsahibəsində edib.

Reyting.az
-ın məlumatına görə, N. Bennet bildirib ki, “Hizbullah” və HƏMAS müvəqqəti olaraq iflic, İran isə həssas vəziyyətdədir: “İndi onların özlərini müdafiə etmək imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə malikdir... İndi başına vurmağın vaxtıdır, əks halda o, sağala bilər”.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə 500-ə yaxın ballistik raket atıb. Hücum “Hizbullah” və HƏMAS liderlərinin, eləcə də Livandakı İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin öldürülməsinə cavab idi.

E. KAMAL
Seçilən
32
reyting.az

1Mənbələr