AZ

AL: "Qarabağ" "Malmö"yə qarşı - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda doğma meydanda İsveçin "Malmö" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də başlayacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzubsa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olub – 0:2. Təmsilçimiz III turda oktyabrın 24-də Niderlandın "Ayaks" komandasını qəbul edəcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr

20:45. "Qarabağ" – "Malmö" (İsveç)
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Yordanis Aptosoqlu, Aleksandros Tsakalidis.
Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
6
18
fanat.az

10Mənbələr