AZ

İsrail BMT Baş katibini “istənilməyən şəxs” elan etdi

 

  Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb.

  İranın 1 oktyabr gecəsi İsrailə raketlərlə hücumundan sonra A.Quterreş yazılı açıqlama verərək bildirib: “Mən Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyirəm. Bir gərginliyin ardınca digəri gəlir. Bu, təcili dayandırılmalı və atəşkəs elan edilməlidir".

  İsrail hökuməti isə Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasını tələb edən BMT Baş katibi Antonio Quterreşi qınama etirazına görə “persona non-qrata”, yəni “istənilməyən şəxs” elan edərək ölkəyə girişinə qadağa qoyub.



Seçilən
24
1
trt.net.tr

2Mənbələr