AZ

Məşhur müğənninin qızı yoxa çıxdı

Müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina yoxa çıxıb. 

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Uspenskaya qızının itkin düşdüyünü şəxsən ona deyib və kömək istəyib.

“İkinci gündür ki, onu tapa bilmir. Ehtimal edirik ki, o, qaçırılıb ölkədən çıxarıla bilər. Bu yaxınlarda Uspenskaya Donetsk və Luqanska səfər edib. Ola bilsin ki, qızının yoxa çıxması onun oradakı çıxışı ilə bağlıdır”, - deyə Borodin bildirib.

Teymur Məmmədov



Seçilən
24
news24.az

1Mənbələr