AZ

İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 

Bu ehtimal bütün dünyada fəal şəkildə müzakirə olunur...
 
"İsrail çətin ki, İranın nüvə obyektlərinə hücum edə bilər". 
 
Moderator.az xəbər verir ki, "CNN" telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadla verdiyi məlumatda belə deyilir.
 
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bundan əvvəl öz mövqeyini bildirərək, İsrailin bu hədəflərə hücumunu dəstəkləmədiyini qeyd edib.. Belə ki, İsrailin İranın nüvə proqramı ilə bağlı obyektlərə zərbə endirməsi ehtimalı ilə bağlı suala cavab olaraq Bayden açıq şəkildə “Mənim cavabım "yox"dur” dedi.
 
Amerika prezidenti əlavə edib ki, onun administrasiyası İsrail tərəfi ilə İranın son irimiqyaslı raket hücumuna cavab vermək üçün mümkün tədbirləri müzakirə edəcək.
 
O, dialoq apardığı "G7" ölkələrinin bütün liderlərinin İsrailin “proporsional şəkildə cavab verməsi” ilə razılaşdığını vurğulayıb. Bayden həmçinin qeyd edib ki, “İran yolunu azıb” və "G7" liderləri Tehranın təcavüzkar hərəkətlərinə cavab olaraq ona qarşı yeni sanksiyalar tətbiq etməyi düşünürlər.
 
Həmçinin xatırladaq ki, İsrail hərbi kabineti İranın son hücumlarına cavab vermək qərarına gəlib. Bununla belə, yəhudi dövləti hər hansı addım atmazdan əvvəl addımlarını Amerika Birləşmiş Ştatları ilə razılaşdırmaq niyyətindədir. Nazirlər Kabinetinin iclasında İrandakı əsas strateji hədəflərə cavab zərbələri endirilməsi variantları müzakirə edilib.
Qərar effektivliyi maksimuma çatdırmaq və beynəlxalq dəstək qazanmaq üçün ABŞ ilə sıx koordinasiyanı davam etdirərək, İsrailin qətiyyətli hərəkət etmək istəyini vurğulayır.
 
S.Laçın
Seçilən
45
moderator.az

1Mənbələr