AZ

Olimpiya mükafatçısı terror hücumundan belə qurtuldu

İsrailin bədii gimnastika komandasının tərkibində Parisdə keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı Diana Svertsov Təl-Əvivin Yaffa bölgəsində terror aktından sağ çıxıb.

Publika.az xəbər verir ki, oktyabrın 1-də axşam saatlarında iki silahlı terrorçu Yaffanın Yeruşəlim bulvarında tramvay sərnişinlərinə və yoldan keçənlərə atəş açıb. Terror aktı nəticəsində 7 nəfər həlak olub, daha 16 nəfər yaralanıb. Hücum edənlər məhv edilib.

Terrorçular insanlara atəş açarkən Svertsov tramvayda olub. O, gizlənə bilib. Nəticədə zərər görməyib.

“Onlar silahı doldurdular. Mən düşündüm ki, bu, həqiqətən də baş verir? Qulaqcıqlarımı çıxardım və ilk atışı gördüm. Əyilib əllərimlə başımı örtdüm. Sürücü bizə dedi: “Bu, terror aktıdır, qatardan düşün”. Arxa qapıları açdı və biz çıxdıq. Bəziləri qaçdı, bəziləri qaldı. Onların arasında qadınlar, körpələr, yeniyetmələr və uşaqlar da olub. Küçəyə qaçdım, sonra atışma başladı. Gözümün qabağında bunu gördüm və donub qaldım. Ayaqlarım sanki betondan düzəldilmişdi. Bir nəfər məni yerə yıxıb özü ilə birlikdə çəkməyincə hərəkət edə bilmədim.

Seçilən
35
publika.az

1Mənbələr