AZ

Klopp Almaniya yığmasını çalışdıracaq?

Alman mütəxəssis Yurgen Klopp Almaniya yığmasının sükanı arxasında həmvətəni Yulian Nagelsmanı əvəz etmək ehtimalı haqda sualı cavablayıb.

Arena.az məlumat verir ki, alman mütəxəssisin bu barədə cavabı qısa və qəti olması ilə diqqət çəkib:

“Hər kəs Yulian Nagelsmanın bu vəzifədə 2026-cı ilə qədər olduğundan daha uzun müddət qalacağına ümid edir”, deyə Klopp məsələyə nöqtə qoyub.

Xatırladaq ki, 37 yaşlı Nagelsman “bundestim”in sükanı arxasına 2023-cü ilin sentyabrında gətirilib. Alman mütəxəssislə müqavilə 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Yurgen Klopun isə son klubu ötən mövsümün sonunda tərk etdiyi “Liverpul” olub. Alman mütəxəssis məşqçiliyə fasilə vermək istəyib, asudə vaxtını ailəsinə və şəxsi həyatına sərf etməyə ehtiyac görüb.

Seçilən
21
arena.az

1Mənbələr