AZ

İsrailə atılan raketlər matç zamanı futbol stadionunun yaxınlığından keçib

Asiya Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun İranın “Sepahan” və Özbəkistanın “İstiklol” klubları arasında keçirilən oyununda stadionun yaxınlığından İsrailə atılan raketlər uçub.

Redaktor.az xəbər verir ki, bu barədə vprognoze.ru məlumat yayıb.

Stadiondakı azarkeşlər oyuna diqqət yetirməyi dayandırıb və raketin buraxılışını lentə almağa başlayıblar.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) İrandan iri raket hücumu barədə məlumat verib. “The Jerusalem Post”un məlumatına görə, 400-ə yaxın raket atılıb. İran mediasının yazdığı kimi, raketlərin ən azı 80%-i “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini keçərək hədəfləri vura bilib, 20-dən çox F-35 qırıcısının da məhv edildiyi bildirilir. Eyni zamanda, İsrail ordusunun mətbuat xidməti bəyan edib ki, İran ölkənin hərbi hava qüvvələrinin döyüş qabiliyyətinə ziyan vurmayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Tehranın hücumu yəhudi dövlətinin "Hizbullah"ın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Kürd Qüvvələrinin komandanı Abbas Nilforuşanı öldürməsinə cavabdır.

Turan İSMAYIL

Seçilən
14
1
redaktor.az

2Mənbələr