İngiltərə çempionatının “Çelsi” və “Brayton” komandaları arasında keçirilən oyununu izləyənlər arasında əfsanəvi müğənni, pop musiqisinin kraliçası Madonna da olub.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, 66 yaşlı Madonna matça 28 yaşlı sevgilisi ilə gəlib.
Qulaqlı papaq geyinən sənətçi görünüşü ilə də diqqət çəkib.
Amerikalı müğənni oyunu tərk edərkən ilk hissədə “Brayton”a 4 qol vuran “Çelsi”nin lideri Koul Palmerin inanılmaz performansına vurulduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta