AZ

Paşinyan Kərkinin Azərbaycana qaytarılması haqda: “İRƏVAN BU MƏSƏLƏDƏN YAYINA BİLMƏZ”

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən deyib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin qeyd edib ki, “İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz”.

Seçilən
8
30
korrespondent.az

10Mənbələr