AZ

“Uduzmaq niyyətimiz yoxdu” – “Malmö”nün müdafiəçisi

Avropa Liqasının 2-ci turunun "Qarabağ" - "Malmö" oyunundan əvvəldanimarkalı sağ cinah müdafiəçisi Yens Striger Larsen jurnalistlərin suallarını cavablandırıb:

“Biz uzun yoldan gəlmişik. "Qarabağ"la sabahlı oyun çətin olacaq. Komandamızda müsbət atmosfer var. Amma buna baxmayaraq, uduzmaq niyyətimiz yoxdu. Rəqib haqda müəyyən məlumatlarımız var. Bilirik ki, "Qarabağ" güclü komandadı, Avropada təcrübəsi var. Bura əminliklə gəlmişik. "Reyncers"lə oyundakı səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik”.


ƏSƏD SEYİDOV
Seçilən
15
1
football-plus.az

2Mənbələr