AZ

“Niva” sürücüsü toy karvanında yol boyu avtoxuliqanlıq etdi - VİDEO

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində kobud qayda pozuntusu törədən sürücü videosunu lentə alaraq sosial şəbəkədə paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, bir müddət öncə toy karvanında qeydə alınlb. Hərəkətdə olan 99-FT-277 dövlət nömrə nişanlı “VAZ-2121” markalı avtomobilin sürücüsü yolda lüzumsuz manevrlər edib. Belə ki, “sağ-sol” edən sürücü əks istiqamətli yola çıxıb və qarşı tərəfdən gələn maşınlara təhlükə yaradıb. O, yol boyu “şou”suna davam edərək dəfələrlə qəza riskinə səbəb olub.

Qeyd edək ki, sürücünün törətdiyi xəta avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.

Nərmin

Seçilən
22
avtosfer.az

1Mənbələr