AZ

Almaniyadan vətəndaşlarına çağırış: İranı təcili tərk edin!

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda gərginlik artdığı üçün təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, məlumatı İran mediası yayıb.

Bildirilib ki, Almaniya XİN İranın İsrail ərazisinə raket hücumu etdikdən sonra qarşı tərəfin də cavab verəcəyi ehtimalına görə bu çağırışı edib.

Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.

Bundan başqa, Almaniyanın İrandakı səfirliyi İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binasının oktyabrın 3-də də bağlı olacağını vurğulayıb.

Axar.az

Seçilən
4
18
hurriyyet.az

10Mənbələr