AZ

Almaniya vətəndaşlarına bununla bağlı çağırış etdi

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda artan gərginlik səbəbilə təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, təşəbbüs İsrailin İrana mümkün hücumu ilə bağlıdır.

Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.

Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.

Seçilən
1
12
qafqazinfo.az

10Mənbələr