AZ

Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək

AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Mətbuat konfransında yığmanın UEFA Millətlər Liqasında oktyabrın 11-də Tallində Estoniya və 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Mətbuat konfransı oktyabrın 4-də, saat 11:00-da keçiriləcək.

Seçilən
11
13
ikisahil.az

10Mənbələr