AZ

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Bu gün saat 17:00-a olan məlumata əsasən, bir sıra rayonlardayağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Qazax,Ağstafa, Şəmkir, Goranboy, Bərdə, Şəki, Şamaxı, Altıağac, Qəbələ,Quba, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir,Sabirabad, Ceyrançöl, Cəfərxan, Biləsuvar, Astara, Şahdağda arabirleysan yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 16m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26,Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 16dərəcəyədək isti qeydə alınıb.

Seçilən
6
12
az.trend.az

10Mənbələr