AZ

Şimşək çaxıb, leysan yağıb – Faktiki hava 

Oktyabrın 2-si saat 17:00-a olan məlumata əsasən bir sıra rayonlarda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Referanas.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Goranboy, Bərdə, Şəki, Şamaxı, Altıağac, Qəbələ, Quba, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Ceyrançöl, Cəfərxan, Biləsuvar, Astara, Şahdağda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 16 m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

***10:17

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qeyd olunub ki, Şahdağın 3 000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
0
12
referans.az

10Mənbələr