Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu
Baş nazir Nikol Paşinyan deyib.
Parlamentdə hökumət saatı zamanı baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.
O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.