AZ

"Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər"- Paşinyan

Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər.

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.

Seçilən
2
5
news365.az

7Mənbələr