AZ

Qaçırıldığı deyilən İsrail səfiri VİDEO yaydı 

İsrailin Kipr Respublikasındakı səfiri Oren Anolik qaçırılması ilə bağlı məlumatları təkzib edib.


O, bu barədə X hesabında video yayımlayıb.


“Haqqımda saxta xəbərlərin yayıldığını eşidirəm. Sizi əmin edirəm ki, yaxşıyam. Deyəsən, kimsə bütün dünyanın mənə zəng edib mesaj göndərməsi və yeni yəhudi ilini təbrik etməsi üçün çox yaradıcı bir yol tapıb”, – səfir bildirib.


Qeyd edək ki, İsrailin Kipr Respublikasındakı səfiri Oren Anolik iki cangüdəni ilə birlikdə qaçırılması haqda xəbər yayılıb./globalinfo.az


Seçilən
35
referans.az

1Mənbələr