AZ

Leyla Həsənova: İqlim dəyişikliyi üzrə gündəliyi formalaşdırmağa başlayırıq

COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova iqlim dəyişikliyi üzrə gündəliyin formalaşdırılmağa başlandığını bildirib.

"Report" xəbər verir ki, "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir"də çıxış edən Leyla Həsənova deyib ki, iqlim dəyişikliyi haqqında dialoqlarda uşaqların mərkəzdə olması vacibdir.

"Uşaqlar bizim gələcəyimizdir. Yaratdığımız strategiyalar bizim, uşaqlarımızın xoşbəxt gələcəyini təmin etməlidir. Hesab edirəm ki, insan kapitalına olan sərmayələr artmalı, məktəblərdə və s. yerlərdə COP29-un önə sürdüyü məsələlər tətbiq edilməlidir", - o qeyd edib.

Seçilən
9
1
ekologiya.az

2Mənbələr