AZ

Cəbrayıl bu gün yeni inkişaf dövrünü yaşayır



"İşğaldan azad edilən bütün şəhər və rayonlarımız kimi Cəbrayıl rayonu da bu gün özünün inkişaf, tərəqqi dövrünü yaşayır. 30 ilə yaxın işğal dövründə ermənilər tərəfindən dağıdılan, talan edilən Cəbrayıl bu gün yeni bir dövrünü yaşayır".

Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 4 oktyabr Cəbrayıl şəhər günü ilə bağlı danışarkən qeyd edib. O bildirib ki, işğaldan azad edilən hər bir ərazidə olduğu kimi Cəbrayılda da aparılan quruculuq-abadlıq işləri. yenidənqurma prosesi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birbaşa nəzarətində, diqəttindədir6

"Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizlə nəticələnən Cəbrayıl rayonu azad edildikdən sonra ölkə Cənab Prezident İlham Əliyev 7 dəfə sözügedən rayona səfər edib. Dövlət başçısı Cəbrayıla ilk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb. Eləcə də digər səfərləri zamanı dövlət başçısı çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak edib".

Arzuman Muradlı deyib ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur:

"Cəbrayıldan olan məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün bu gün rayonda lazımı infrastruktur tədbirləri həyata keçirilir, insanlarımızın rahat yaşayışının təmin olunması üçün müvafiq işlər görülür".

Süleyman
Seçilən
23
newscenter.az

1Mənbələr