"Qarabağ"ın müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin II turunda "Malmö" ilə oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə (3:2) zədələnib və 64-cü dəqiqədə əvəzlənib.
Braziliyalının İsveç klubu ilə matçda meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, "Qarabağ"da həmin cinahda oynayan digər futbolçu Marko Veşoviç də oynamayacaq. O da zədən sonra bərpa prosesini keçir.
"Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.
Klopp Almaniya millisinə namizədliyindən danışdı
Yovetiçin yeni klubu bəlli oldu
Fernandeşin cəzası ləğv edildi
"Udineze"də fransalı müdafiəçi
“Qalatasaray”da ciddi itki