RU

"Malmö" ilə matçdan öncə "Qarabağ"da itki

"Qarabağ"ın müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin II turunda "Malmö" ilə oyunu buraxacaq.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə (3:2) zədələnib və 64-cü dəqiqədə əvəzlənib.

Braziliyalının İsveç klubu ilə matçda meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, "Qarabağ"da həmin cinahda oynayan digər futbolçu Marko Veşoviç də oynamayacaq. O da zədən sonra bərpa prosesini keçir.

"Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.

Klopp Almaniya millisinə namizədliyindən danışdı

Yovetiçin yeni klubu bəlli oldu

Fernandeşin cəzası ləğv edildi

"Udineze"də fransalı müdafiəçi

“Qalatasaray”da ciddi itki

Избранный
13
apasport.az

1Источники