Bakı. Trend:
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrininmagistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqəninnəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadəedilməmiş qalıb.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat yayıb.
Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbulolunmuş bakalavr və abituriyentlər arasında onların topladıqlarıballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqəkeçirilmişdir.
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə479, bakalavriat səviyyəsi üzrə isə 1002 tələbə ödənişsiz təhsilalmaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbirgörülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə,həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobiltelefon nömrələrinə də bu haqda məlumat göndərilib.