AZ

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır.

Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.

"SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq", - o bildirib.

H.Abdullayevin sözlərinə görə, şirkət həmçinin öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.

Seçilən
14
7
aznews.az

7Mənbələr