AZ

Azərbaycan klubunda növbəti legioner

“Şəki” basketbol komandası növbəti transferini gerçəkləşdirib.

Msport.az xəbər verir ki, ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirmiş 24 yaşlı Coş Robinson Avropada ilk peşəkar müqaviləsini bağlayıb.

Hücumçu (small forward) mövqeyində çıxış edən idmançı bölgə təmsilçisində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Şəki” daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.

Seçilən
6
2
msport.az

3Mənbələr