AZ

Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb - Yenilənib

Xaçmaz rayonunda məktəbli sinif yoldaşıni bıçaqlayıb...

Məlumata görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Orucov Kənan Taryel oğlu öz sinif yoldaşı Nəsrullayev Ayxan Fuad oğlu tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, vəziyyəti kafi olaraq qalır.

Fakla bağlı araşdırmalar aparılır. (Report)

***

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 

Seçilən
1499
7
poliqon.info

8Mənbələr