AZ

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı: Saxlanılan var

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Demokrat.az-a bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Seçilən
2
7
demokrat.az

8Mənbələr