AZ

Kreml İsrailin Dəməşqə endirdiyi zərbələri pisləyib

Rusiya İsrailin Suriya ərazisinə endirdiyi zərbələri pisləyir və Suriya tərəfi ilə daim əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, suriyalı dostlarımızla daim əlaqə saxlayırıq. Biz indi heç bir ani risk görmürük”, – Peskov bildirib.

Bundan əvvəl Suriya dövlət televiziyası İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu zamanı jurnalist Səfaa Əhmədin öldürüldüyünü bildirib.

Mənbə RİA Novosti

Seçilən
24
dogru.az

1Mənbələr