AZ

Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”nin üçüncü gününə start verilib

Bakı. Trend:

Bu gün Bakıda COP29-a həsr olunmuş “İqlim dəyişmələri iləmübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən beynəlxalqkonfrans davam edir.

Trend xəbərverir ki, konfransın üçüncü gününün əsas mövzusu "Yaşıliqtisadiyyat: bacarıqların həlli, maliyyələşmə və ədalətli keçid"olub.

Çıxış edənlər arasında COP29 üzrə BMT-nin iqlim dəyişikliyi üzrəyüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion)Nigar Arpadarai, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev, Dünya Bankının Azərbaycan üzrə təyin olunmuşölkə meneceri Stefani Stolmeyster, Azərbaycanın İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoruYusif Abdullayev, Siemens Energy şirkətinin vitse-prezidenti MaksimZubov, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbasİbrahimov və digər rəsmi şəxslər olub.

Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaqCOP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkilediləcək.

Xəbər yenilənəcək

Bakıda
Bakıda
Bakıda
Seçilən
17
4
az.trend.az

5Mənbələr