AZ

İranın hücumundan sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

İsrail təyyarəsi İrandan raket hücumundan sonra Livanın paytaxtına zərbələr endirib.

Musavat.com xəbər verir ki, Beyrut sakinləri partlayışların və şəhərdə bir neçə binanın artıq dağıldığını bildirirlər.

Yerli mətbuatın məlumatına görə, bu gecə partlayışlar "Hizbullah"ın qərargahının yerləşdiyi güman edilən Haret Horeyk məhəlləsində baş verib.

Zərbə nəticəsində yaşayış binasının uçduğu Şiyəx rayonunda və Arnun şəhərində də dağıntılar qeydə alınıb.

Daha əvvəl İsrail ordusu Beyrutun cənub ətrafının sakinlərini Hizbullah obyektlərinin yerləşdiyi iddia edilən yerləri dərhal təxliyə etməyə çağırıb.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr