AZ

Uilyam Bekhemlə bir arada - Foto

Londonda keçirilən helikopter xeyriyyə tədbirində Şahzadə Uilyam və futbol ulduzu Devid Bekhem bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, tədbir zamanı iki yeni hava təcili yardım helikopterinin alınması üçün 16 milyon funt-sterlinq vəsait toplanıb.

Devid Bekhem tədbirdə çıxış edərək bu kampaniyada iştirak etməyin onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu gün Londonda hava təcili yardım xidmətləri üçün təşkil edilən ianə kampaniyasının uğurunu qeyd etmək üçün buradayıq. Bu kampaniya illərdir mənim ürəyimə çox yaxındır. Şahzadə Uilyamın məni bu kampaniyaya dəvət etməsi mənim üçün böyük fəxr idi", - deyə futbolçu bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
10
4
teleqraf.com

5Mənbələr