AZ

ABŞ İrana xəbərdarlıq etdi

“İranın İsrailə etdiyi raket hücumları bu ölkə üçün ciddi nəticələrə gətirib çıxaracaq”.
Manset.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. O bildirib ki, İran İsrailə 200-ə yaxın ballistik raket atıb və ABŞ hərbçiləri İsraili bu hücumlardan qorumaq üçün bu ölkənin müdafiə ordusu ilə koordinasiyalı şəkildə əməkdaşlıq edib.

C.Sallivan qeyd edib ki, ABŞ hərbi təyyarələri İsrailin hava hücumundan müdafiə bölmələri ilə birlikdə İran raketlərini havada vurublar.

Seçilən
9
3
manset.az

10Mənbələr