AZ

İrana cavab veriləcək - İsrailin Baş Qərargah rəisi

"İsrail İrana cavab vermək və heyrətamiz hücum imkanları nümayiş etdirmək üçün zamanı seçəcək".

Musavat.com xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

Qeyd edək ki, gün İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb. ABŞ ordusu İsraili bu hücumdan müdafiə etmək üçün İsrail Müdafiə Qüvvələri ilə yaxından əməkdaşlıq edib.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb. İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Fars agentliyi yazır ki, İran raketlərinin ən azı 80%-i İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz edə bilib və yəhudi dövlətinin ərazisindəki hədəfləri vurub. Agentlik iddia edir ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
15
32
musavat.com

10Mənbələr