AZ

Rusiya XİN Yaxın Şərqdəki vəziyyətlə bağlı Bayden administrasiyasını GÜNAHLANDIRDI

“Yaxın Şərqdə Bayden administrasiyasının tam uğursuzluğu hökm sürür. Davam edən qanlı dram Ağ Evin gərginləşən vəziyyətin öhdəsindən gələ bilmədiyini nümayiş etdirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında qeyd edib.

O, Bayden administrasiyasının Yaxın Şərqdəki böhranı həll etmək səyləri barədə vədlərini tənqid edib:

“Ağ Evin qeyri-müəyyən bəyanatları onun böhranların həllində tam acizliyini nümayiş etdirir. Blinkenin (ABŞ Dövlət katibi Antoni Blinken - red.) səyləri on minlərlə insan tələfatı və real həll yollarının olmaması səbəbindən dalana dirənməsi ilə nəticələnib”.

Bizim.Media

Seçilən
37
5
bizim.media

8Mənbələr