AZ

“İran ağır nəticələrlə qarşılaşacaq” – Sallivan


ABŞ administrasiyası İsrailə qarşı hazırkı raket hücumunun İran üçün ciddi nəticələr verəcəyini iddia edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evdə xüsusi brifinqdə çıxış edən prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan danışıb.
“Bu gün İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket zərbəsi endirib. ABŞ ordusu İsraili bu hücumdan müdafiə etmək üçün İsrail Müdafiə Qüvvələri ilə sıx əməkdaşlıq edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesləri, İsrailin hava hücumundan müdafiə bölmələri ilə birlikdə gələn raketləri vurmaq üçün ələ keçirən raketlərdən istifadə edib”, - Sallivan bildirib.
O, qeyd edib ki, ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris, şəxsən və uzaqdan iştirak edən milli təhlükəsizlik köməkçiləri ilə birlikdə Ağ Evin Situasiya Otaqından hücumu və cavabı izləyiblər.
Sallivan Vaşinqtonun Tehrana qarşı cavab addımlarının sanksiyalar çərçivəsindən kənara çıxa biləcəyi ilə bağlı sualın qaldırılmasını qanuni adlandırıb:
“Tamamilə qanuni sualdır. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Mənim burada sizin qarşınızda dayanaraq cavab verməyim üçün hələ tezdir. Biz bu hücumun olduğunu açıq şəkildə bildirdik. Biz bu hücumun nəticələrinin, dəhşətli nəticələrinin olacağını açıqladıq və bunun baş verəcəyinə əmin olmaq üçün israillilərlə birlikdə çalışacağıq”.
Seçilən
40
yeniavaz.com

1Mənbələr