AZ

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iləəlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevintapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzindəCOP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləriqeyd edib.

Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraqdiqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədridövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya StadionundaCOP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiqtapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş“Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlətvə hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinətoxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycandaolacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkilolunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusiqeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlimHəftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadəedib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-dəkeçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olankiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələnməsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həmdə inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalqictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlərkeçirəcəklərini qeyd edib.

Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”ninişində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkəkimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyinibildirib.

Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər,nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi,informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq,onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmişPrezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmişgörüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədəməlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar ƏləkbərovBakı Olimpiya Stadionunda aparılan işlər və digərtəşkilati-logistika məsələləri barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digərsubstantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdəBeynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilənəməkdaşlıq barədə çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsilmüəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanıtəhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədarMədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlimnaminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 iləəlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və“Harmoniya” təşəbbüsü barədə danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətindəgörülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrətapşırıqlar verilib.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
8
49
az.trend.az

10Mənbələr