AZ

Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO

Sosial şəbəkələrdə  Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbinin təmirsiz və qəzalı şəkildə olmasının görüntüləri yayılıb.

Oxu24.com xəbər verir  ki, məktəb şəhid Milli Qəhrəman Elnur Muradovun adının daşıyır.

Məktəbin şagirdlərinin qış aylarında müasir qızdırılma sistemləri ilə deyil odun sobası ilə isinməsi və müəllimlərin, şagirdlərin sinif otağında palto ilə oturması, döşəmənin yararsız vəziyyətdə, tavan təhlükəli durumda olması da şəkildə diqqət çəkib. Bir sözlə keyfiyyətli tədris üçün bina dövrün tələblərinə cavab vermir. Bu da sosial şəbəkələrdə insanlar tərəfindən tənqid edilib.

Maraqlıdır ki neçə illərdir fəaliyyət göstərən bu məktəbdə indiyənə kimi heç bir əsaslı təmir işləri görülməyib. Şəkildə gördüyünüz kimi sinif otağı tamamilə təmirsiz və yararsız vəziyyətdədir. Heç istilik sistemidə yoxdur. 

Nigar

 

Seçilən
7
4
oxu24.com

5Mənbələr