AZ

Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 3-cü günü keçirilib (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dünya prokurorlarının ilk və yeganəqlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransı və ÜmumiYığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərindəkeçirilir.

Trend xəbər verir ki, BakıKonqres Mərkəzində baş tutan tədbirin 3-cü günündə 95 ölkədən 500-əyaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyəqurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub.Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyalarıvə şəbəkə iclasları keçirilib.

“Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər”, “Cinayətmühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçünmaraqlı tərəflər arasında əməkdaşlıq”, “Cinayət mühakiməsisistemində şəffaflıq və ictimaiyyətin etimadı” adlı plenarsessiyaları, “Məişət və gender əsaslı zorakılığın təqibi” və“İqtisadi Cinayət və Aktivlərin Bərpası” seminarlarında səmərəlifikir mübadilələri baş tutub, müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin, 1 oktyabr Azərbaycan Respublikasıprokurorluq işçilərinin peşə bayramı günü və prokurorluqorqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusisessiya keçirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, bu günAzərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milliprokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur. 1oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinintərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanlarıbir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda,şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış,fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilikideyalarına sədaqətlə qulluq edib.

Qeyd edilib ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlıtəminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin vəqanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin,fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik vəmaddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli LideriHeydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmlidövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsindəmümkün olub.

Kamran Əliyev vurğulayıb ki, bir çox dövlət təsisatı kimiprokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluqişçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiyatexnologiyalarının tətbiqinə başlanılması, əməkdaşlarınsosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasıHeydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağdaş dövrüntələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları iləmümkün olub.

Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin vəprokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsininnəticəsidir ki, bu günlərdə Bakı şəhərində AzərbaycanProkurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən birikimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatı olanBeynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı vəÜmumi Yığıncağı keçirilir.

Kamran Əliyev vurğulayıb ki, bu tədbir həm də hüquq sahəsindəmüsbət nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluqorqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafetdirilməsi üçün ən mühüm platformadır.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-AyresMuxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru JuanBautista Mahiques çıxış edərək Azərbaycan Prokurorluq orqanlarındaaparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumunfəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildiribvə Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə,insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətlivəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlararzulayıb.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
21
1
az.trend.az

4Mənbələr