AZ

İsrail Livanın cənubundakı 29 məntəqənin sakinlərini təcili təxliyəyə çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı 29 şəhərin sakinlərini təcili olaraq evlərini tərk etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ordu sözçüsü Avicai Edri X-də məlumat yayıb.

"Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməlisiniz. Hizbullah terrorçularının və onların hərbi obyektlərinin yaxınlığında olan hər kəs həyatını təhlükə altına qoyur.
"Hizbullah"ın hərbi məqsədlər üçün istifadə etdiyi istənilən ev hədəfə alınacaq” - paylaşımda deyilir.

Sözçü əlavə edib ki, Livan yaşayış məntəqələrinin sakinləri şimala təxliyə edilməlidir və ordu livanlıların nə vaxt təhlükəsiz şəkildə evlərinə qayıda biləcəkləri barədə əlavə məlumat verəcək.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatı elan edib.

Seçilən
20
1
ucnoqta.az

2Mənbələr