AZ

“Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir”- Samral Quluzadə

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan şəhidlərinin 3 mindən çoxu haqqında vikipediya məlumatları silinib. Ədəbiyyat xadimlərinin də vikipediya məlumatlarının silinməsi haqqında şayələr yayılmaqdadır.
Mövzu ilə bağlı ekspert Samral Quluzadə BiG.AZ-a bildirdi ki, məhşur ədəbiyyat xadımləri və məhşur idmançıların vikipediya məlumatlarının silinmə ehtimalı yoxdur. Çünki, hər biri, bir mənalı şəkildə ensklopedikdir. Lakin görkəmli şəxslər haqqında məlumatların vandalizimdən qorumaqda çətinlik çəkirik:
“Çünki, Azərbaycan vikipediyasında 200 min məqalə var. Bunun qarşılığında fəal istifadəçi sayı təxminən 30 nəfərdir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı çoxdur. Onların sayı 300 mindən çoxdur. Lakin aktiv şəkildə fəaliyyət göstərən, məqalələri qoruyan istifadəçi sayı təxminən 30 nəfərdir. Buna görə də 30 nəfərlə 200 min məqaləyə nəzarət etmək mümkün deyil.
Təəssüflər olsun ki, bizim cəmiyyətin əksər nümayəndələri məqalələrə daxil olub, orda yersiz dəyişikliklər edirlər. Bəzən çox vacib olan ədəbiyyat nümayəndələrinin həyatlarına dair məqamları silirlər. Təəssüflər olsun ki, bu vandalizmin qarşısnı almaq bizim üçün çətindir”.
Samral Quluzadə qeyd etdi ki, şəhid məqalələrinin silməsi məsələsinə gəlincəsə bu məlumat, tamamilə böhtan və yalandır. Suni ajetaj yaratmaq üçün millətimizin həsas yeri olan şəhidlərimizdən istifadə edirlər. Bu şayəni yayanların məqsədi xalqı incitməkdir. Səbəbi isə o şəxslərin və onun tərəftarlarının məqalələrinin ensklopedik dəyəri olmadığından məqalələrinin vikipediyadan silinməsidir:
“Hazırda silinən şəhid vikipediyalarının mühüm bir qismi vahid siyahılarda birləşdirilib. Bu da vikipediya qaydalarına tam uyğundur. Vikipediyanın və onun qaydalarının tələbidir ki, hər şəhid haqqında ayrıca məqalə ola bilməz.
Bu gün dünyada baş verən müharibələrdə iştirak edən heç bir hərbiçinin vikipediya məlumatı yoxdur. Buna müharibə şəraitində olan Ukrayna, Rusiya, Fələstin, İsrail və başqa ölkələr daxildir.
Lakin bizdə seçilən və igidliyinə görə fərqlənən milli qəhrəmanlarımızın hamısının vikipediyada ensklopedik məlumatları mövcuddur.
Bu silinmə məsələsi ilə bağlı şikayət edənlər çoxdur. Amma insanlar düşünmür ki, vikipediya könüllü layihədir. Şikayətlənmək əvəzin hər kəs əlini bu daşın altına qoymalıdır ki, Azərbaycan vikipediyası inkişaf etsin. Biz vikipediyaçılara elə davranırlar ki, sanki biz buranın maaşlı işçiləriyik. Hətta bizdən yersiz məqamların tələbini də edirlər. Onlar anlamalıdırlar ki, vikipediya yetəri qədər güclü deyilsə, burda günahkar biz deyilik, Azərbaycan cəmiyyətidir”.

Seçilən
18
arantv.az

1Mənbələr