AZ

Fransada iki milyon ahıl yoxsulluq həddində yaşayır

Fransada

Paris, 1 oktyabr, AZƏRTAC,

Fransada 2 milyon qoca yoxsulluq həddində yaşayır.

AZƏRTAC xəbər verir ki, bu haqda “Les Petits Frères des Pauvres” assosiasiyasının illik hesabatında məlumat verilib.

Assosiasiyanın əsas nümayəndəsi Yann Lanye bunun dözülməz olduğunu vurğulayaraq bildirib ki, bunların əksəriyyəti böyük şəhərlərdə və kəndlərdə yaşayan 60 yaşdan yuxarı qadınlardır.

Hesabata görə, 60 yaşdan yuxarı yoxsulluq içində olan hər on nəfərdən yeddisi son bir il ərzində yaşamaq üçün vacib olan bir və ya bir neçə əsas gündəlik tələbatdan imtina etməli olublar.

“İnsanlar yaşaya bilmək üçün yeməkdən və istilikdən özlərini məhrum edirlər. Ümumilikdə 9 milyon fransız yoxsulluq içərisindədir. Minimum pensiya yoxsulluq həddindən çox aşağıdır. “Les Petits frères des pauvres” assosiasiyası minimum qocallıq həddini yoxsulluq həddinə çatdırmağa çağırır”, - deyə assosiasiyanın əsas nümayəndəsi Y. Lanye pensiya yaşında olna insanların vəziyyətinin ağır olduğunu təsdiqləyib.

Həmçinin, assosiasiyanın hesabatında növbəti nəslin gələcəyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bugünkü 50-64 yaşlı insanların əksəriyyəti dərin yoxsulluq vəziyyəti ilə üzləşəcəklər. Assosiasiya ölkənin dövlət büdcəsinin acınacaqlı vəziyyətdə olması və bunun nəticəsində hökumətin qənaət istəyinin mövcud vəziyyəti daha da pisləşdirəcəyini hesab edir.

 

Seçilən
14
2
azertag.az

3Mənbələr