AZ

Fransada iki milyon ahıl yoxsulluq həddində yaşayır

Bakı. Trend:

Fransada 2 milyon qoca yoxsulluq həddində yaşayır.

Trend xəbər verir ki, buhaqda “Les Petits Frères des Pauvres” assosiasiyasının illikhesabatında məlumat verilib.

Assosiasiyanın əsas nümayəndəsi Yann Lanye bunun dözülməzolduğunu vurğulayaraq bildirib ki, bunların əksəriyyəti böyükşəhərlərdə və kəndlərdə yaşayan 60 yaşdan yuxarı qadınlardır.

Hesabata görə, 60 yaşdan yuxarı yoxsulluq içində olan hər onnəfərdən yeddisi son bir il ərzində yaşamaq üçün vacib olan bir vəya bir neçə əsas gündəlik tələbatdan imtina etməli olublar.

“İnsanlar yaşaya bilmək üçün yeməkdən və istilikdən özləriniməhrum edirlər. Ümumilikdə 9 milyon fransız yoxsulluqiçərisindədir. Minimum pensiya yoxsulluq həddindən çox aşağıdır.“Les Petits frères des pauvres” assosiasiyası minimum qocallıqhəddini yoxsulluq həddinə çatdırmağa çağırır”, - deyəassosiasiyanın əsas nümayəndəsi Y. Lanye pensiya yaşında olnainsanların vəziyyətinin ağır olduğunu təsdiqləyib.

Həmçinin, assosiasiyanın hesabatında növbəti nəslin gələcəyi iləbağlı xəbərdarlıq edib. Bildirilib ki, bugünkü 50-64 yaşlıinsanların əksəriyyəti dərin yoxsulluq vəziyyəti ilə üzləşəcəklər.Assosiasiya ölkənin dövlət büdcəsinin acınacaqlı vəziyyətdə olmasıvə bunun nəticəsində hökumətin qənaət istəyinin mövcud vəziyyətidaha da pisləşdirəcəyini hesab edir.

Seçilən
4
2
az.trend.az

3Mənbələr