AZ

ABŞ-nin Arkanzas ştatı "YouTube"ni məhkəməyə verib

ABŞ-nin Arkanzas ştatı \"YouTube\"-yə və platformanın əsas şirkəti \"Alphabet\"-ə qarşı iddia qaldıraraq məhkəməyə verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ştat, \"Youtube\"nin bilərəkdən asılılıq yaratdığını və gənclər arasında psixi sağlamlıq problemlərini artırdığını iddia edib.
 
Ştat Baş Prokurorluğu platformanı dövlət biznes təcrübələrini və ictimai maraq qanunlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

Müraciətində ofis platformanın asılılıq yaratdığını və dövlətin gənclər üçün psixi sağlamlıq və digər xidmətlərə milyonlarla dollar xərcləməsinə səbəb olduğunu iddia edib.

İddia ərizəsində \"YouTube\"nin zərərli faktorları artırdığına diqqət çəkilərək, \"Nəticədə sosial medianın və xüsusilə \"YouTube\"nin böyüməsi ilə əlaqədar gənclərin psixi sağlamlıq problemləri artıb\" ifadələrdən istifadə edilmişdir.

\"Alphabet\" isə öz növbəsində iddiada deyilənləri təkzib edib.

Ötən il Arkanzas ştatı \"TikTok\" və \"Facebook\"-un ana şirkəti olan Meta-ya qarşı, uşaqların təhlükəsizliyi və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı istehlakçıları çaşdırdığını iddia edərək, oxşar iddialar qaldırmışdı.
 
Aysel

Seçilən
7
7
azxeber.com

10Mənbələr