AZ

"YouTube" insanların psixikasını pozur - İDDİA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arkanzas ştatı "YouTube"-un psixi sağlamlıq problemlərini artırdığını iddia edərək məhkəməyə müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, ştatın Baş Prokurorluğu platformanı dövlət biznes təcrübələrini və ictimai maraq qanunlarını pozmaqda ittiham edib. O, əyalət məhkəməsinə müraciətində ofis platformanın asılılıq yaratdığını və dövlətin gənclər üçün psixi sağlamlıq və digər xidmətlərə milyonlarla dollar xərcləməsinə səbəb olduğunu iddia edib.

Müraciətdə "YouTube"-un zərərli faktorları artırdığına diqqət çəkilir: “Sosial medianın və xüsusilə "YouTube"-un böyüməsi ilə paralel olaraq, gənclərin psixi sağlamlıq problemləri də artıb”.

Qeyd edək ki, ötən il Arkanzas ştatı "TikTok" və "Facebook"-un ana şirkəti olan "Meta"-nın  uşaqların təhlükəsizliyi və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı istehlakçıları çaşdırdığına dair oxşar iddialar qaldırmışdı. Bu işlərə əyalət məhkəməsində baxılır.

Seçilən
10
3
cebheinfo.az

10Mənbələr